Havada çirklilik: İnsan həyatı təhlükədədir
Hondurasın San-Pedro Sula şəhərində hava çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarında göstəriləndən 50 dəfə yüksəkdir. San Pedro Sula, El Niño və iqlim dəyişikliyinin təsirləri ilə daha da artan meşə yanğınları səbəbindən Amerikanın ən çirkli şəhəri olaraq qiymətləndirilmişdir.
Ulusum.az xəbər verir ki, İsveçrənin IQAir hava keyfiyyəti təşkilatının məlumatına görə, təxminən 1 milyon insanın yaşadığı bu şəhərdə havanın çirklilik səviyyəsi "təhlükəli" həddə çatıb. Təşkilatın araşdırmasına görə, bu həftə şəhərdə PM2.5 səviyyəsi 249.1 mcg/m³-ə yüksəlib ki, bu da ÜST-nin illik orta konsentrasiyanın 5 mcg/m³-dən artıq olmaması təlimatını xeyli üstələyir.
Honduras hakimiyyət orqanları ölkənin əksər departamentlərində təhlükə səviyyəsini ən yüksək həddə qaldıraraq, insanları pəncərələri bağlamağa və çirkli havaya məruz qalmamaq üçün evdə qalmağa çağırıb. Təhsil naziri Daniel Sponda isə ictimai və özəl məktəblərin müvəqqəti olaraq bağlanacağını elan edib.
Səhiyyə Nazirliyi tənəffüs yolu infeksiyaları olan xəstələrin sayında 20%-lik artım qeydə alıb. Mütəxəssislər hava çirkliliyinin tənəffüs yollarına zərər verərək, mövcud tənəffüs xəstəliklərini daha da ağırlaşdıra biləcəyi qənaətindədir.
Son iki gündə San Pedro Sula hava limanına enməli olan bir neçə təyyarə çirklilik səbəbindən qonşu ölkələrə yönləndirilib.
Həmçinin qeyd olunur ki, quraqlıq səbəbindən Hondurasda yanğınlar kəskin şəkildə artıb. Honduras Meşə Mühafizəsi İnstitutu 2024-cü ildə ölkə üzrə 211,292 hektar ərazini məhv edən 2,598 yanğın qeydə alıb.
Hondurasın ətraf mühit siyasətini dəyişmədiyi təqdirdə, bu vəziyyətin daha da ağırlaşacağı nəticədə, milyonlarla insanın həyatının təhlükə altına düşəcəyi deyilir.
Alimlər bu il iqlimlə əlaqəli fəlakətlərin kəskin artacağını proqnozlaşdırırlar.
Cəlal Mir

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi