Bu şəxslərin pensiyası daha çox hesablanacaq
Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsinə dair prinsip müəyyənləşir.
Ulusum.az xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeniliyə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək.
Həmçinin hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.
Bundan başqa, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Xəzər TV-yə bildirib ki, təklif olunan dəyişikliklər arasında hərbi qulluqçuların müvafiq təminat xərcliyinin 10 faiz artırılması da var.
Qeyd edək ki, ölkədə pensiyaçilarin 90%-i sosial sigorta əsasli pensiya alir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
