"İstanbulu zəlzələyə hazırlayın": Naci Görürdən Zəlzələ Xəbərdarlığı
Türkiyəli alim, zəlzələ mütəxəssisi Naci Görürün İstanbulda keçirilən zəlzələ və şəhər çevrilmə panelində çıxışı müzakirələrə səbəb olub.
Ulusum.az bildirir ki, alim zəlzələ ilə bağlı iddialı fikirlər səsləndirib.
O, 2 il sonra Türkiyədə dəhşətli zəlzələnin olacağı ilə bağlı xəbərdarlıq edib.
"Türkiyə zəlzələ ölkəsidir. Bunu qəbul edək. Əgər belədirsə, zəlzələyə davamlı məskunlaşma sahələri tikək. Bu problemi kökündən həll etməliyik", - Naci Görür qeyd edib.
Alim Mərmərə bölgəsində 7,5 bal gücündə zəlzələ proqnozlaşdırdığını açıqlayıb: "Mərmərə dənizindəki fay sistemi Şimali Anadolu xəttinin 160 kilometr uzunluğunda şimal qoludur. Sonuncu dəfə bu qırılma xəttində zəlzələ 1766-cı ildə baş verib. Orada hər 250 ildən bir zəlzələ baş verir. 1766-cı ilin üzərinə 250 gəlsək, 2026 edəcək. Bu halda yer yerindən oynayacaq. Bu səbəbdən biz “İstanbulu zəlzələyə hazırlayın. Mərmərə bölgəsinə və İstanbula diqqət edin” deyirik".
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 09:36
Azərbaycan növbəti zəlzələyə hazırdırmı? Dünyada, demək olar ki, hər gün dağıntılara və insan tələfatına səbəb olan
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
