ABŞ: "Qəzada heç bir xarici müdaxilə olmayıb"
“İran prezidenti və digər rəsmilərin ölümü ilə nəticələnən helikopter qəzasında “qeyri-qanuni oyun”a dair heç bir dəlil yoxdur”.
Ulusum.az xəbər verir ki, bunu ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi NBC News-a deyib.
ABŞ rəsmisinin sözlərinə görə, hadisədə "heç bir xarici müdaxilə yoxdur". O bildirib ki, Bayden administrasiyası vəziyyəti və “İran rəsmiləri İran prezidentinin ölümündə ABŞ və ya İsraili günahlandırmağa çalışırlar” xəbərlərini diqqətlə izləyir.
Ağ Ev rəsmisi həmçinin İranın keçmiş xarici işlər nazirinin ölkədə helikopter ehtiyat hissələrinin olmamasına görə ABŞ sanksiyalarının günahkar olduğuna dair iddiasını nəzərdə tutaraq "onlar bunu artıq ediblər" deyib.
İran prezidentinin və xarici işlər nazirinin ölümünün ABŞ-İran münasibətlərinə hər hansı təsir edib-etməyəcəyinə gəlincə, o, “biz burada hər hansı böyük dəyişiklik gözləmirik” deyib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
