Rəisi ilə bağlı sürpriz iddia: Həlak olmasaydı...
Helikopter qəzasında həyatını itirən İran Prezidenti İbrahim Rəisi ölkənin dini lideri Əli Xameneyinin varisi idi.
Ulusum.az xəbər verir ki, bu barədə “The Israel Times of Israel” yazır.
Nəşr qeyd edir ki, Rəisi yerə çırpıldıqdan sonra yanan helikopterdən salamat çıxa bilməyib:
“63 yaşlı Rəisi 2021-ci ildə prezident seçilib, vəzifəyə gəldikdən sonra ölkədə “əxlaq qanunları”nın sərtləşdirilməsinə əmr verib. Hökumət əleyhinə etirazların ən sərt şəkildə yatırılmasına nəzarət edib, dünya gücləri ilə nüvə danışıqlarında ciddi addımlar atıb.
Rəisi prezident olmazdan əvvəl İranın dini lideri Əli Xameneyinin nəzarəti altında ədliyyə sistemində müxtəlif vəzifələrdə çalışıb. Prokuror kimi və 1988-ci ildə İran-İraq müharibəsinin sonunda minlərlə siyasi məhbusu ölüm cəzasına məhkum edən komitənin üzvü olub”.
2006-cı ildən ölkənin ali dini rəhbərini təyin edən və ona nəzarət edən orqan olan Ekspertlər Şurasında çalışıb. Nəşr vurğulayır ki, çoxları Rəisini Xameneyinin gələcək varisi kimi qəbul edib.
“Xameneyini əvəzləyəcək əsas namizəd kimi görünürdü. Hədsiz dərəcədə təcrübəli idi, prezident olmaqla yanaşı, din xadimi, keçmiş baş hakim və nəhəng bir qurumun sabiq rəhbəri idi”, - məlumatda deyilir.
Mənbə istisna etmir ki, həlak olmasaydı, Xameneyidən sonra ölkənin dini liderinin taxtında əyləşəcəkdi
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Şouya deyil, ədalətə ehtiyac var
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
