AQTA və KTN mətbuatı niyə özündən uzaqlaşdırır? Eksklüziv
21-22 may tarixində Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək. Lakin Azərbaycandan cəmi bir neçə media qurumu tədbirdə iştirak edəcək.
Ümumiyyətlə, beynəlxalq tədbirlərdə bəzi qurumlarımız özlərini acizanə göstərib bir növ özlərini ikinci plana salırlar. Nəinki beynəlxalq səviyyədə, AQTA, KTN kimi qurumlar yerli səviyyədə də mətbuatla məhdud şəkildə işləməyi üstün tuturlar. Bir növ "imic" kimi də yozula bilər. Əslində, qınamaq istəmirəm, bəlkə qənaətbəxş hesab edilməyən fəaliyyətlərinə görə mətbuatdan qaçırlar.
“Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu AQTA və KTN birgə təşkilatçılığı ilə keçiriləcəyi aydındır, ona görə KTN-i də əlavə etdim. Ümumiyyətlə, KTN sonuncu dəfə nə zaman mətbuatı başına yığıb suallara cavab verib? Açığı, yadımda deyil.
AQTA isə bəlli bir istiqamətdə özünü tənqiddən qorumaq üçün mediadan gizlənir. Qurumun uğursuz fəaliyyəti nəinki mətbuatı, hətta sosial şəbəkə istifadəçilərini də dilə gətirib.
“Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu ilə bağlı AQTA-dan bildirildi ki, beynəlxalq tədbirdir deyə, onlardan asılı olmayan səbəblərə görə mediaya dəvət xarici təşkilatlarla razılaşdırılıb.
Hörmətli AQTA, siz bu qədər zəhmət çəkib tədbir təşkil edirsiniz, xarici təşkilatların qarşısında kəlmənizin qüdrəti yoxdur ki, qərəzsiz mətbuatı obyektiv şəkildə dəvət edəsiniz?
P.S. Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vüqar Hüseynov, ümumiyyətlə, telefona cavab vermədi.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN