Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs saxlanıldı
Yevlax şəhərində törədilən cinayətlə bağlı təqsirləndirilən şəxs tutulub.
Ulusum.az xəbər verir ki, mayın 19-da Yevlax sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
