ABŞ-da ermənipərəst Bob Menendez ifşa olundu - FOTO Eksklüziv
May ayının 17-də Nyu Cersi ştatının senatoru ermənipərəst Bob Menendezin evində FTB-nin keçirdiyi axtarış zamanı külli miqdarda nəğd pul və qızıl külçələr tapılıb.
Ulusum.az-ın ABŞ Bürosu xəbər verir ki, senator Menendezin xarici ölkə agenti olması ittihamı ilə bir neçə aydır ki, araşdırmalar başladıb. İttihamnamədə Menendezin “ABŞ hökumətinə aid həssas məlumatların Misir hökumətinə gizli şəkildə ötürülməsi” məsələsi göstərilir.
Cümə günü senator Bob Menendezin rüşvətxorluq işi üzrə prokurorlar Nyu Cersi ştatında demokratın evindən ələ keçirilən nəğd pul və qızıl külçələrin 100-dən çox fotosunu yayımlayıb və onun yüksək profilli rüşvətlə bağlı məhkəmə prosesini formalaşdıran sübutların daha aydın mənzərəsini təqdim ediblər.
Menendez hökumətdə rəsmi fəaliyyəti müqabilində “yüz minlərlə dollar” rüşvət almaqda ittiham olunur.
FTB senatorun Nyu Cersi ştatının Enqlevud Kliffs şəhərindəki evində 486 min dollardan çox nəğd pul tapıldığını və bu pulu onunla birlikdə ittiham olunan həyat yoldaşı Nadine Menendez (Arslanyan) ilə paylaşdığını bildirib.
Onu da qeyd edək ki,erməni əsilli Nadine Arslanyan bu iş üzrə ayrıca ittiham olunur. Məhkəmə proseslərində hər ikisi özlərini təqsirli bilmirlər.
Axtarış zamanı çəkilən fotolar məhkəmədə dəlil kimi istifadə olunub. Yüzlərlə fotoşəkildə çantaların,çəkmələrin içərisinə və gödəkcələrin ciblərinə yığılmış əskinaslar əks olunub.
Fotoşəkillərdən birində sarı hərflərlə “Senator Menendez” yazılmış gödəkcənin cibindən zərfin içərisində olan 100 dollarlıq əskinaslar əks olunub.
Prokurorlar rüşvətin bir hissəsi olduğunu iddia etdikləri qızıl külçələrin də bir neçə fotosunu işə əlavə ediblər. Onların verdiyi məlumata görə, senatorun evindən 13 qızıl külçə aşkar edilib. Bunlardan ikisinin bir kiloqram,digərlərinin isə bir unsiya olduğu bildirilir.
Menendezin vəkili Avi Veitzman çərşənbə günü məhkəmədə bildirib ki, senator arvadının qızıl külçələri olduğundan xəbərsiz olub.Nadine Arslanyan qızılları şkafda saxlayıb və bu şkafın açarı da yalnız onun özündə olub.Vəkilin sözlərinə görə senator öz xanlmlnln bu qızılları haradan əldə etdiyini bilmir.
Evində müxtəlif yerlərdə tapılan nəğd pullara gəldikdə isə,senator bildirib ki, ona təcili pul lazım olduğuna görə öz şəxsi hesaından nəğd pulunu çıxararaq evində saxlayıb.
“30 il ərzində öz şəxsi hesabımdan minlərlə dollar çıxararaq fövqəladə hallar üçün və Kubada ailəmin əmlakının müsadirəsi məsələsinə görə evimdə saxlamışam”- deyə senator Menendez bildirib.
Qeyd edək ki, məhkəmə prosesi davam etdirilir.
Minəvvər Vahabova
ABŞ Bürosu
Nyu Cersi



Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
