Makronun ikili oyunu... Eksklüziv

"ABŞ və digər Avropa ölkələri Fransa polisinin Yeni Kaledoniyada tökdüyü qanlara göz yumsalar da, Makronun Çin və Rusiya siyasətindən narahatlılqarını gizlətməyiblər".
Bu barədə Ulusum.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.
E.Şahinoğlu bildirir ki, Emmanuel Makron bir tərəfdən Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə çağırır, Ukraynaya ordu göndərməyə hazır olduğunu bildirir, o biri tərəfdən ABŞ və Böyük Britaniya qüvvələrinin 80 il əvvəl Fransanın Normandiya sahillərinə daxil olmaları yubileyinə Rusiya təmsilçilərini də dəvət edib.
"ABŞ və Böyük Britaniya qüvvələrinin nasist Almaniyasının işğalı altındakı Fransaya daxil olmaları ilə II Dünya müharibəsində ikinci cəbhə açılmış oldu. SSRİ şərq cəbhəsində nasist Almaniyası ilə savaşırdı. Yəni Makron ikinci cəbhənin açılması tədbirlərinə Rusiya nümayəndə heyətini dəvət etməyə də bilərdi",- deyə politoloq vəziyyəti şərh edib.
Onun sözlərinə görə, Rusiyanın bu tədbirə aidiyyatı yoxdur. Bunun özü göstərir ki, Makron ikili oynayır:
"ABŞ-ın “Politico” nəşrinə açıqlama verən ABŞ Administrasiyasının rəsmiləri Fransanın tədbirə Rusiyanı dəvət etməsini anlamadıqlarını bildiriblər. Oxşar açıqlama Böyük Britaniyanın hökumət mənbələrindən də yayımlanıb. ABŞ və Böyük Britaniya rəsmiləri Makronun ikili oyunun belə dəyərləndiriblər: “Görünür, Makron özünü münaqişənin üstündə görür və sülhməramlı olacağına ümidlidir”. Çin lideri Si Cinpinin Qərbi Avopa ölkələri arasında Fransaya səfərə üstünlük verməsi də Vaşinqton və Londonda ciddi suallar yaradıb".
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və onun komandasının son qərarları strateji tərəfdaşlarının naharatlığına səbəb olub.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!