Vətəndaşlarımızın Türkiyədəki ƏMLAKLARI
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 223 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 38 obyekt azdır.
Ulusum.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə eyni saydadır.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569 mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 11,8 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355 min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.
2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3 faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz azdır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
