Müğənni sevgilisi tərəfindən AMANSIZCASINA ÖLDÜRÜLDÜ
Rusiyanın Sankt-Peterburq şəhərində "Una" musiqi qrupunun solisti Anastasiya Kotova sevgilisi tərəfindən döyülərək öldürülüb.
Ulusum.az bildirir ki, 37 yaşlı Anastasiya və onun 31 yaşlı sevgilisi Artem Kolpinodakı bir mənzildə birlikdə olublar. Bu zaman cütlük arasında münaqişə yaranıb, sərxoş kişi Anastasiyaya bir neçə güclü zərbə vurub.
Qız qan içində yatarkən gənc isterik vəziyyətdə 112-yə zəng vurub və heç bir suala aydın cavab verə bilməyib. Nəticədə Anastasiya aldığı xəsarətlərdən yerindəcə keçinib.
Artem hazırda həbsdədir. Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, o, əvvəllər 3 dəfə quldurluğa görə məhkum olunub.
Anastasiya Kotova 2005-ci ildən "Una" qrupunun tərkibində çıxış edir. O, gələn həftə ad gününü qeyd etməli idi. Qrup tezliklə Anastasiyanın son mahnısını təqdim edəcəyinə söz verib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
