Orban: Fitso həyatla ölüm ARASINDA
"Slovakiya Baş nazirinə qarşı sui-qəsd cəhdindən hər kəs sarsıldı. Sui-qəsd faktı həmişə təəccüblüdür, lakin Avropada zorakılığın səviyyəsinin artması heç kəs üçün təəccüblü deyil".
Ulusum.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" Radiosunda "Sabahınız xeyir, Macarıstan!" proqramında deyib.
"Biz baş nazir üçün dua edirik və Slovakiyanın yanındayıq. Onun tezliklə sağalmasını və işinə qayıtmasını arzu edirik. Robert Fitso ölümlə həyat arasındadır”, - Orban deyib.
O, son illərdə Avropada terror aktları sonra müharibə başladığını xatırlayaraq Mərkəzi Avropanın riskli bölgə adlandırıb.
"Avropanın mövqeyi indi kökündən dəyişib, Avropa liderləri artıq Ukraynaya qoşun yeritmək məsələsini müzakirə edirlər. Zorakılıq gündəlik həyatın bir hissəsinə çevrilib. Bu, Avropada nəzərə çarpan bir prosesdir", - deyə Viktor Orban əlavə edib.
"Bizə sülh tərəfdarı Slovakiya çox lazım idi, çünki seçkilərdən sonra şimal qonşumuz sülh yoluna qədəm qoymuşdu. Bu bizə çox kömək etdi və indi biz bu dəstəyi itirmişik".
Macarıstanın xarici işlər naziri Peter Siyarto isə "Facebook" hesabında bildirib ki, o, Slovakiya parlamentinin müvəqqəti prezidenti Peter Ziqaya zəng edərək Slovakiyanın baş nazirinin vəziyyəti ilə maraqlanıb. "Dostum Peter dedi ki, günlər keçdikcə vəziyyət daha ümidverici görünür, lakin Slovakiyanın Baş nazirinin sağalıb-sağlanmayacağına əmin olmaq üçün bir neçə gün lazım olacaq".
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
