İctimai nəqliyyatda havalandırma sistemi nə vaxt QOŞULACAQ? - Eksklüziv
Havaların isinməsi ilə əlaqədar sərnişinlər ictimai nəqliyyatda havalandırma sisteminin qoşulmasını tələb edirlər.
Xüsusən günün pik saatlarında sərnişinlərin çoxluğu havalandırma sisteminin qoşulmasına zəmin yaradır.
Ulusum.az bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə məsələyə aydınlıq gətirdi. Qurumun sözçüsü Bəxtiyar Məmmədov bildirdi ki, yeni qatarlarda havalandırma sistemi il boyu işlək vəziyyətdədir:
“Bildiyiniz kimi, yeni nəsil qatarlarda havalandırma sistemi il boyu işlək vəziyyətdədir. Avtomatik olaraq sistem hava temperaturuna görə salonda isinmə və soyutmanı tənzimləyir. Zəruri hallarda isə biz tərəfdən kiçik müdaxilələr olur. Ümumi olaraq sistem mükəmməl şəkildə işləyir. Hava şəraitindən asılı olmayaraq qatarlarda sərnişinlərin komfortlu şəraiti üçün lazımi şərait var”.
Beləliklə, qurumun açıqlamasına əsasən, yeni növ qatarlarda köhnə nəsil qatarlardan fərqli olaraq havalandırma sisteminin tənzimlənməsi avtomatik olaraq həyata keçirilir.
O ki qaldı sərnişinlərə, bu nəqliyyatlarda sərinlənmək üçün havaların isinmələrini gözləməli olacaqlar.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
