AFFA-dan “Zirə”yə XƏBƏRDARLIQ
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Ulusum.az bildirir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
"Neftçi" ilə matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan "Kəpəz"in futbolçusu Şakir Seyidov 2 oyun cəzalanıb. Bu, o deməkdir ki, futbolçu üçün mövsüm başa çatıb. Gəncə klubu 1500 manat cərimə edilib.
"Zirə" - "Qarabağ" qarşılaşmasının 89-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Bakı təmsilçisinə xəbərdarlıq edilib.
4 futbolçusu sarı vərəqə alan "Qarabağ" 700 manat cərimə edilib.
"Sumqayıt" - "Səbail" matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə qonaqlar 800 manat cərimələnib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
