3 ölkə Fələstin dövlətinin tanınmasını İSTƏYİR
Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münaqişə bitdikdən sonra Qəzza zolağında yerləşdiriləcək sülhməramlı əməliyyatda iştirakla bağlı ABŞ-la ilk məsləhətləşmələri keçirib.
Ulusum.az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.
"Üç ərəb dövləti - Misir, BƏƏ və Mərakeş - ilkin müzakirələr aparıblar, lakin onlar ABŞ-nin əvvəlcə Fələstin dövlətini tanımasını istəyirlər", - adının açıqlanmasını istəməyən Qərb rəsmisi nəşrə bildirib.
Onun sözlərinə görə, ərəb ölkələri ABŞ-nin sülhməramlı qüvvələrə rəhbərlik etməli olduğuna inanır, lakin Vaşinqton yerdə olmadan bunu necə edəcəyini düşünməyə çalışır.
Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ərəb dövlətləri hərbçilərinin sülhməramlı missiyada iştirak etmək ideyasını rədd ediblər, çünki belə bir addım İsraili dəstəkləmək kimi qəbul edilə bilər.
Bundan əlavə, onlar Qəzza zolağında üsyançılara cəlb olunmaqdan da qorxurlar.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
