Azərbaycan futboluna bundan böyük ZƏRBƏ?! - EKSKLÜZİV
Ötən AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərara əsasən Azərbaycan Premyer Liqasında komandaların sayı olduğu kimi qaldı.
Yəni, 2024-2025-ci il mövsümündə də Premyer Liqada 10 komanda mübarizə aparacaq.
Beləliklə, Rövşən Nəcəfin prezidentliyi dövründə baş tutan ilk iclas sürprizlə yadda qalmadı.
Ulusum.az xəbər verir ki, Azərbaycan futboluna böyük ümidlər vəd edən yeni rəhbərlik "Qəbələ" futbolunu elitada saxlaya bilmədi.
Reqlamentə əsasən sonuncu yeri tutan "Qəbələ" 1-ci Liqaya yuvarlandı. Amma möhtəşəm infrastrukturu olan "Qəbələ"yə güzəşt etmək olmazdımı?
Qəbələ adı öz yerində, çökəklikdə çarpışan Azərbaycan futboluna hava verən, dağların ətəyində yerləşən "Qəbələ"yə, qısa ömründə Azərbaycana 2 dəfə Avroliqa sevinci bəxş edən "qırmızı-qaralara" bir şans vermək olmazdımı?
O şans ki, Azərbaycan futboluna lazımdır, bu günə lazımdır, sabaha lazımdır.
AFFA rəhbərliyinin məqsədi yenə Zirə - Bayıl marşrutudur? Bəs, bölgələrdə futbolun dirçəlməsi?
Federasiya rəhbərliyi bunu görmək istəmirsə, bəs kim görsün? Kim bu dərdə əlac tapsın?
Birbaşa məsuliyyət AFFA rəhbərliyindədir. Cənablar, unutmayın, söhbət tək "Qəbələ"dən deyil, bütövlükdə Azərbaycan futbolunun sabahından gedir...
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi