Məktəb direktoru CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Neftçala rayon Aşağı Surra kənd orta məktəbinin direktoru Həbulla Rəhimova cərimə yazıb.
Ulusum.az xəbər verir ki, buna səbəb direktorun sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsidir.
Belə ki, ETSN direktor barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Daha sonra protokol baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilib və iş hakim Samir Quliyevin icraatına verilib.
Əgər məhkəmə protokolu təsdiq edərsə, direktor Həbulla Rəhimovu üç min manatadək cərimə gözləyir.
Protokol tərtib olunan maddədə deyilir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
2026 — Qürur, Birlik və Zəfər İli
Hava haqqında xəbərdarlıq
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
