Keniyada təbii fəlakət can almaqda DAVAM EDİR - VİDEO EKSKLÜZİV
Keniyada aprelin ortalarından başlayaraq yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 277-yə yüksəldiyi bildirilib.
Ulusum.az xəbər verir ki, hökumət sözçüsü İsaak Mvaura ölkədə baş verən daşqınlarla bağlı mətbuata açıqlama verib.
Seldə həyatını itirənlərin sayının 277-yə yüksəldiyini bildirən Mwaura, əlverişsiz hava şəraitinin təxminən 411 min insana təsir etdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Ölkə daxilində 62 sağlamlıq mərkəzinin zərər gördüyünü qeyd edən Mwaura epidemik xəstəliklərin ortaya çıxmağa başladığını və 53 vəbaya yoluxma halının aşkar edildiyini bildirib.
Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.
Qeyd edək ki, Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də leysan yağışların yaratdığı daşqınlardan zərər görüb.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
2026 — Qürur, Birlik və Zəfər İli
Hava haqqında xəbərdarlıq
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
