Görünüşü kimi dadı da qeyri-adi-"QARA ŞAHZADƏ" - FOTO EKSKLÜZİV
Şəkildə gördüyünüz qara moruq deyil, çiyələkdir - qara çiyələk.
Artıq çiyələk mövsümü gəlib çatdığından bu xəbəri izləyicilərlə bölüşmək ehtiyacı duyduq.
Ulusum.az xəbər verir ki, indi bağbanlar getdikcə yeni növ çiyələk becərməyə başlayıblar. Bu növ qeyri-adi görünüşü ilə, rəngi ilə təəccübləndirir. İlk baxışda hətta fotoşopla çəkilmiş kimi görünür, lakin qara çiyələk həqiqətən mövcuddur.

Söhbət "Qara Şahzadə" çiyələyindən gedir. Vətəni ABŞ olan iri və şirəli qara çiyələk zəngin tünd qırmızı rəngə malikdir və tam yetişən zaman rəngi daha da tündləşir. "Qara Şahzadə" şaxtaya davamlılığı ilə seçilir ki, bu da onun soyuq aylarda da becərilməsini mümkün edir.
Nadir giləmeyvə kolları digər növlərlə müqayisədə xüsusi qayğıya ehtiyac duymur. Bununla belə, məhsuldar torpaqda əkilməsi mütləqdir. Orta səviyyədə suvarma ilə xeyli məhsuldarlıq əldə olunur.
Maraqlıdır ki, adi çiyələklərdən fərqli olaraq, bu növ zaman keçdikcə degenerasiyaya uğramır, əksinə, kolları getdikcə tumurcuq çıxararaq, daha çox meyvə verir.
Beləliklə, bağbanlar üçün əlverişli sort hesab edilir, çünki onlar az zəhmətlə daha çox məhsul götürə bilirlər.
Qeyd edək ki, qara çiyələklərin dadı da görünüşü kimi qeyri-adidir, ananası xatırladır...
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
