Voleybol millisinin baş məşqçisi TOVUZDA - VİDEO - EKSKLÜZİV

Şahin Çatma: “Tovuzda voleybolun inkişafı üçün potensial var”
Azərbaycan Voleybol Federasiyası bu idman növünün inkişafı üçün bölgələrdəki klubları ziyarət etməkdə davam edir.
Ulusum.az-ın Qərb Bürosu xəbər verir ki, Federasiya nümayəndələri bu dəfə Tovuz Regional Voleybol Klubunun qonağı olublar. AVF-nin nümayəndələri, gənc və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Şahin Çatma və Federasiyanın xüsusi nümayəndəsi Məftun Salmanov Tovuz şəhərində keçirilən düşərgə zamanı ilk olaraq klub rəhbərliyi, üzvləri, məşqçi heyəti və valideynlərlə görüşüblər. Şahin Çatma yeniyetmə voleybolçulara öz tövsiyələrini bildirib, onlara voleybol idman növü ilə bağlı məlumatlar verib.
Daha sonra Şahin Çatma tərəfindən klub üzvlərinə isinmə hərəkətləri, top qəbulu və zərbə məşqləri keçirilib.
1 ilə yaxındır fəaliyyət göstərən bölgə klubunda oğlanlarda 2 yaş qrupu, qızlarda isə 3 yaş qrupu üzə ümumilikdə 100-dən çox uşaq voleybolla məşğul olur. Qısa müddətdə müvafiq yaş qrupu üzrə milli komandalara bir neçə voleybolçu hazırlayan klub məşqlərini Tovuz Olimpiya İdman Kompleksində həyata keçirir. Burada uşaq və gənclərin pis vərdişlərdən uzaq olmaları, idmana yönlənmələri üçün kütləvilik prinsipi əsas prioritetdir. Qeyd edək ki, Kompleksin idman zalı beynəlxalq standartlara cavab verən son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub.
Şahin Çatma Tovuzda bu idman növünə marağın artdığını və regionda böyük potensialın olduğunu vurğulayıb.
Gənc və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi - Şahin Çatma: “Bizim bu komplarımız 6 regional kompda davam edəcək. Buraya gəlməkdə məqsədimiz digər regional klublarda olduğu kimi, Tovuzda da hansı dəyişikliklərlə qarşılaşacağıq, bu bizi həyəcanlandırır, çünki mən dünən etdiyim məşqlə bundan üç ay əvvəl gəldiyim Tovuz arasında çox böyük fərq var. Biz də federasiyanın bir əməkdaşı kimi burdakı məşqlərin necə davam etdiyini idmançıların hansı səviyyədə olduğunu görmək üçün burdayıq”.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə Tovuz Olimpiya idman kompleksində start götürülən düşərgə 3 gün davam edəcək.
Ulusum.az-ın Qərb Bürosu.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!