Kürdəmirdə avtomobil aşdı, XƏSARƏT ALAN VAR - VİDEO EKSKLÜZİV
Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var.
Ulusum.az-ın məlumatına görə, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü həmin kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobil yararsız vəziyyətə düşüb və avtomobildə olan rayonun Yenikənd kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Ziyad İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
