Gözlər Fransaya dikildi - Qalmaqal QAÇILMAZDIR
Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq tam sürətlə davam edir. İdman yarışlarına idmançılarla yanaşı, məmurlar da hazırlaşırlar.
Ulusum.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, keçmiş olimpiya oyunlarında dopinq qalmaqalları yaşanıb, idmançıların dopinqdən istifadə etmələri ucbatından bəzi dövlətlərə qarşı sərt sanksiyalar tətbiq edilib:
“Buna baxmayaraq, müxtəlif dövlətlərin idmançıları bəzi hallarda yenə dopinqdən istifadə etməyə çalışırlar. Bunun Paris olimpiadasında da baş verəcəyi ehtimalı az deyil. Keçmiş illərdə dopinq qalmaqallarında daha çox Rusiya idmançılarının adı çəkilib. Vəziyyət o həddə çatmışdı ki, Rusiyanın bütöv idman federesiyalarına beynəlxalq yarışlarda iştirakları qadağan edilmişdi. Ukraynaya qarşı müharibə başladıqdan sonra Rusiyanın olimpiya oyunlarına yolu bağlanıb. Rusiya idmançıları Paris olimpiyadasında ölkələrinin bayraqları altında çıxış edə bilməyəcəklər. Həmin idmançılar yarışlara ancaq fərdi qaydada qatıla bilərlər. Rusiyada siyasi dairələr idmançıları olimpiadanı boykota çağırırlar.
“New York Times” qəzetinin məqaləsində Dünya Antidopinq Agentliyi (WADA) sərt tənqid olunub. Məlum olub ki, 21 çinli üzgüçü beynəlxalq yarışların birində dopinqdən istifadə edib. Buna baxmayaraq, Dünya Antidopinq Agentliyi dopinq qalmaqalına ciddi yanaşmayıb, üzgüçüləri cəzalandırmayıb. ABŞ mövcud vəziyyətdən dərhal istifadə edib. ABŞ Antidopinq Agentliyinin başçısı Trevis Tayqart çinli idmançıların dopinqdən istifadəsinə beynəlxalq təşkilatın seyirçi qalmasını tənqid edib. Tayqart WADA-nın Çindən çəkindiyini, buna görə dopinqdən istifadə edən idmançıları cəzalandırmadığını bildirib. Çinli idmançılar olimpiadalarda yüksək nəticələr göstərirlər. Görünür, beynəlxalq təşkilat buna görə çinli idmançıları cəzalandırmaq istəməyib”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
