“Quşların şeyxi” Biləsuvarda geniş ərazilərdə YUVA SALDI - VİDEO EKSKLÜZİV
Yurdumuzun hər bir guşəsi özünəməxsus zəngin flora və fauna aləmi ilə bütün fəsillərdə diqqət çəkir. Aran rayonlarından olan Biləsuvarın əlverişli iqlimi, təbii-coğrafi şəraiti tarixən burada müxtəlif növ quşların məskən salmasına şərait yaradıb. Bu quşlar içərisində rayona ilin isti aylarında təşrif buyuran el arasında “Hacıleylək” kimi tanınan leylək də var.
Ulusum.az özəl olaraq xəbər verir ki, hazırda balaçıxarma dövrünü yaşayan bu quşlar əslində təhlükəli yüksəkliklərdə mövqe qurmasına baxmayaraq, özlərini və balalarını təhlükəsiz şəraitdə hiss edirlər. Bioloq Vidadi Məmmədov Ulusum-a açıqlamasında deyir ki, leyləklər tez-tez Məkkə, Mədinə ətrafında göründüyünə görə bunlara el arasında “Hacıleylək” də deyilir. Bioloq əlavə olaraq bildirib ki, leyləklər həm də köçəri quşdur. Onlar əsasən isti ölkələrə, Afrika və Asiya ölkələrinə köç edirlər. Bu da onların cütləşmə və balalama dövrünə təsadüf edir.
Artıq havalar isinəndən bəri bu quşlar doğma bildikləri Biləsuvar rayonuna da yenidən pənah gətiriblər. Quşlar şəhər daxilindən keçən magistral yolun kənarı ilə uzanan təxminən 25 metr hündürlüyündəki yüksək gərginlikli elektrik xətlərini ötürən dəmir-beton dirəklərin tam zirvəsində yuva qurublar. Bioloq Vidadi Məmmədovun sözlərinə görə “Quşların şeyxi” kimi tanınan leyləklər xüsusən zərərverici həşaratlar, ilan, qurbağa, kiçik quşlarla qidanlandığından kənd təsərrüfatı üçün də olduqca əhəmiyyətli heyvanlardandı. Nəsli kəsilmək təhlükəsi altında olmasa da, əfsuslar olsun ki, müxtəlif yanlış inşa prosesləri və bataqlıqların quruması nəticəsində dünyada onların sayı azalmaq üzrədir.
Eltun Məmmədov




Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
