"Bu xəritə gizlədilir!" - SİRR AÇILDI
"Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan delimitasiya ilə bağlı 1980-ci illərin topoqrafik materiallarına giriş əldə edib və onları öyrəndiyini iddia edib.
Ulusum.az bildirir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
Deputat bildirib ki, o, hərbi topoqrafik xidmətin rəisi ilə görüşüb, indiki delimitasiyanın hansı xəritələr əsasında aparıldığını anlamaq istəyib.
Abramyan qeyd edib ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədin delimitasiyası və demarkasiyasına dair 1984-88-ci il sənədləri Müdafiə Nazirliyinin sərəncamındadır, lakin indiki delimitasiya prosesində onlardan istifadə edilməyib.
Onun sözlərinə görə, bu illərə aid materiallar "məxfi" qrifi ilə saxlanılır, buna görə də erməni cəmiyyəti üçün onlar əlçatmazdır:
"Mənə bu sənədlərin niyə məxfi qaldığı və hansı əsaslarla klassifikasiya edildiyi barədə tutarlı dəlillər təqdim olunmayıb. Təəccüblüdür ki, Ermənistanın indiki sərhədləri qanunla sirr olmasa da, 1988-ci il sərhədləri hələ də möhürlənmiş sirr olaraq qalır. Bu, xüsusilə qəribədir, nəzərə alsaq ki, Paşinyanın fikrincə, bu sənədlər hüquqi qüvvəyə malik deyil".
Qeyd edək ki, bir müddət öncə o vaxt Noyemberyan (Barana) polis idarəsinin, 1989-cu ildən Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsi İdarəsinin rəisi olmuş polkovnik Paykar Qalumyan bu mövzuya toxunmuş, 1985-87-ci illərdə delimitasiya işlərinin aparıldığını bildirmiş, 1988-ci ilin 12 yanvarında bununla bağlı sənəd imzalandığını xatırlatmışdı. Qalumyan demişdi ki, bu sənədlə Azərbaycandan 14,5 min hektar ərazi qoparılıb.
Görünür, Abramyan özü də bilmədən məhz buna toxunmuşdur. Belə ki, Ermənistan MN hazırda həmin xəritə və sənədləri gizlətməklə, Azərbaycandan qoparılan 14,5 min hektar ərazini hallandırmamaq, əvəzində 29,743 kv.km üzərində dayanmaqla istəyinə nail olmağa çalışır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
