Ağdərə-Ağdam avtomobil yolunun inşasına START VERİLDİ
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.
ULUSUM.az xəbər verir ki, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.
Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur.
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri hesab olunur.
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
19-04-2024, 09:24
Müsəlman-yəhudi qarşıdurmasının baş qaldırdığı bir vaxtda, bir qədər əvvəl beynəlxalq multikultural dəyərlərə sadiqlik
19-04-2024, 09:00
Son zamanlar bir çox bələdiyyələrin maliyyə-iqtisadi potensialının zəif olması və fəaliyyətlərinin davam
19-04-2024, 09:36
Azərbaycan növbəti zəlzələyə hazırdırmı? Dünyada, demək olar ki, hər gün dağıntılara və insan tələfatına səbəb olan
19-04-2024, 09:48
Azərbaycana elektron avtobuslar gətirilir. Bu barədə Ulusum.az-a etibarlı mənbədan məlumat verilib. Mənbə qeyd edir
