Azərbaycan-Bolqarıstan münasibətlərində YENİ DÖVR
Bolqarıstan Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biridir.
"Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf edib. Dövlətlər arasında fəal siyasi əlaqələr mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında şəxsi dostluq ölkələr arasında da dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verir".
Ulusum.az xəbər verir ki, bu açıqlamanı Milli Məclisin deputatı, professor Kamilə Əliyeva verib.
Onun sözlərinə görə, 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərə gəlməsi iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaratdı.
Deputat deyib: "Prezident cənab İlham Əliyev Bolqarıstanlı həmkarının Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq".
Son dövrlər Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsinin 4 dəfə artdığını vurğulayan millət vəkili ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil etdiyinə diqqət çəkib. Kamilə Əliyeva bildirir ki, Azərbaycan Bolqarıstanın əsas qaz ixracatçısıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır.
"Azərbaycan Bolqarıstanın qaz istehlakının 50%-ni təmin edir. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilmişdir. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir və hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac ediləcək.
Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarına böyük töhfə verir. Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcmi hər il artmaqdadır".

Qeyd edək ki, bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yükdaşımalarını həyata keçirir. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi