Qazax 2026-cı ilin “İdman paytaxtı” elan olundu – hazırlıqlara start verildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu münasibətlə hazırlıq işlərinə artıq start verilib.
Yanvar ayında keçiriləcək açılış mərasimi ərəfəsində şəhərin mərkəzi hissələrinə “Qazax İdman Paytaxtı 2026” loqosu yerləşdirilir və digər təşkilati proseslər sürətləndirilib.

Ulusum.az xəbər verir ki, dekabrın 3-də Qazax Rayon İcra Hakimiyyətində Qazax şəhərinin 2026-cı il üçün “İdman paytaxtı” seçilməsi ilə əlaqədar hazırlıq işlərinin mövcud vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bölgədə müxtəlif idman növləri üzrə yarışların təşkili və idman infrastrukturunun genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Tədbirdə iştirak edən məşqçilər və idman xadimləri ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bu layihəyə tam dəstək verəcəklərini bildiriblər.
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.
R.Daşdəmirova

İclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, Qazaxın zəngin idman ənənələrindən danışıb və şəhərin “İdman paytaxtı” seçilməsinin regionda idmanın inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bölgədə müxtəlif idman növləri üzrə yarışların təşkili və idman infrastrukturunun genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Tədbirdə iştirak edən məşqçilər və idman xadimləri ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bu layihəyə tam dəstək verəcəklərini bildiriblər.
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 10:15
Noxud Salatı – Sağlam və Ləzzətli Seçim
Sağlamlıq
Bu gün, 10:00
Noxudun Sağlamlıq Faydaları və Qida Dəyəri
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik