"Paşinyan tərəfdarlarının mitinq keçirməsinə QƏRAR VERƏ BİLƏR" EKSKLÜZİV
"Ermənistanın baş naziri Nikol Paşinyan radikal müxalifəti və İrəvanda mitinqə başlayan erməni kilsəsinin Tavuş vilayətinin yepiskopu Baqrat Qalstyanı və ona bəzən açıq, bəzən gizli dəstək verən kilsəni susdurmaq üçün İrəvanda yaxın günlərdə tərəfdarlarının mitinq keçirməsinə qərar verə bilər".
Ulusum.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bununla Paşinyan hökumət tərəfdarlarının radikalların tərəfdarlarından dəfələrlə çox olduğunu bir daha sübut etmiş olar.
"Paşinyan bir dəfə bu üsuldan istifadə edib. İstefa şüarlarını yalnız say çoxluğu ilə neytrallaşdırmaq olar. İkinci Qarabağ müharibəsindən sonra radikallar İrəvan küçələrində mitinq və yürülşlərdə istədikləri nəticəni əldə etmədikdən sonra Paşinyan tərəfdarlarının mitinqini keçirdi və say nisbətini ortaya qoydu. Eyni üsuldan bu günlərdə Gürcüstan hökumətini idarə edən Bidzina İvanişvili də istifadə edib".
Politoloq xatırladıb ki, Gürcü müxalifəti hökumətə qarşı mitinq və küçə yürüşləri keçirdikdən sonra İvanişvili, baş nazir İrakli Kobaxidze ilə birgə izdihamlı mitinq keçirdi və hakimiyyət tərəfdarlarının müxalifəti üstələdiyini göstərdi.
"Böyük ehtimalla radikalları və kilsəni susdurmaq üçün Paşinyan da İrəvanın mərkəzi teatr meydanında mitinqə üstünlük verəcək", - deyə Elxan Şahinoğlu vurğulayıb.
Qeyd edək ki, "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları artıq Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinq keçirir.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO