Bu gün, 18:40 0 Cəmiyyət / Gündəm

Tovuz avtomobil bazarında durğunluq hiss olunur

Tovuz avtomobil bazarında durğunluq hiss olunur
Tovuz avtomobil bazarında durğunluq: Ekspert işlənmiş maşınlarda bahalaşma xəbərdarlığı edir.

Tovuzun avtomobil bazarında son həftələrdə ciddi durğunluq müşahidə olunur və alıcı sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Payız aylarında ənənəvi olaraq qızğın alqı-satqı olan bazarda bu il tələbat zəifləyib.

Sovet istehsalı olan avtomobillər üstünlük təşkil etsə də, onların yüksək qiyməti alıcıları qane etmir. Satıcılar isə əsas problemin alıcı çatışmazlığı olduğunu deyir və günlərlə bazarda gözləmələrinə baxmayaraq satış edə bilmədiklərini bildirirlər.

Xarici markalı avtomobillər də satışdadır, lakin onlara maraq demək olar ki, yoxdur. Alıcılar 3–5 min manat büdcə ilə yaxşı vəziyyətdə avtomobil tapmağın çətinləşdiyini vurğulayırlar. Bazarda köhnə istehsal ili olan bəzi sovet avtomobillərinin hətta xarici markalardan baha satılması diqqət çəkir.

Ulusum.az xəbər verir ki, ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Rusiyadan gətirilən avtomobillərə tələbat azalır, bunun səbəbi isə Çin istehsalı olan münasib qiymətli yeni maşınların bazara çıxmasıdır.

O qeyd edir ki, hibrid avtomobillərə tətbiq olunan vergi güzəştinin 2026-cı ildən bitməsi də bazara təsir edəcək. Ekspert hesab edir ki, gələn ildən işlənmiş avtomobillərin satış qiymətində bahalaşma ehtimalı yüksəkdir.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.