Tramp Administrasiyasının Ukrayna–Rusiya Sülh Planı: Ərazi Güzəştləri və Yeni Geosiyasi Şərtlər
Sızdırılan sənədə görə Ukraynadan NATO-dan imtina, ordunun kiçildilməsi və ərazi itkiləri tələb olunur.
“Axios” nəşrinin yaydığı sızdırılmış 28 bəndlik sülh planı Ukraynaya çox ciddi və ağır şərtlər irəli sürür.
Layihəyə görə Krım, Donetsk və Luqansk əraziləri faktiki olaraq Rusiyanın tərkibində tanınır, Xerson və Zaporojye xətti isə dondurulmuş sərhəd kimi qəbul olunur.
Ulusum.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Ukrayna ordusunun sayı 600 min nəfərlə məhdudlaşdırılır, ölkə Konstitusiyada NATO-ya heç vaxt qoşulmayacağını yazmalıdır. ABŞ və Rusiya sanksiyaların mərhələli ləğvi və iqtisadi əməkdaşlığa qayıdışı da planın əsas hissəsidir.
Zelenski bu sənədi “qırmızı xətləri aşan təklif” kimi qiymətləndirib.
R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
