"Qayıt əzizim" Fərid Mailovun İFASINDA - FOTO - VİDEO EKSKLÜZİV
"Qaya" Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib.
Ulusum.az xəbər verir ki, o, görkəmli bəstəkar Sevil xanım Əliyevanın bəstələdiyi "Qayıt əzizim" adlı mahnıya yeni nəfəs verib.
Mahnıya klip də çəkdirən Mailov yeni layihəsini öz doğum günündə izləyənlərin ixtiyarına verib.
Musiqiçi açıqlamasında "Bu layihə 2024-cü ilin yanvar ayında start götürüb. Mahnıya istedadlı aranjemançı Tərlan Məmmədli yeni nəfəs verib. Klipi daha tez də təqdim edə bilərdim, amma istədim ki, doğum günümdə həm özümə, həm dinləyicilərə hədiyyə olsun",- deyə bildirib.
Qeyd edək ki, Fərid Mailov Bakı Musiqi Akademiyasının klarnet üzrə ifaçılıq fakültesini qırmızı diplomla bitirib. 1995-ci ildə əfsanəvi "Qaya" kvartetinin solisti Rauf Babayevin yaratdığı "Bəri Bax" vokal ansamblında fəaliyyətə başlayıb.
Hazırda "Qaya" Dövlət ansamblının bədii rəhbəri vəzifəsində çalışır.
Bir çox dövlət tədbirlərində çıxış edən Mailov, eyni zamanda dünyaca məşhur festivalların qalibidir.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi