"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib
Noyabrın 18-də "LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib.
“Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib

Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları kitab məktəbəqədər yaşda olan uşaqlara ana dilini sevdirməyi və onların ilkin dil bacarıqlarını formalaşdırmağı hədəfləyir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Mərasimdə çıxış edən Səbinə Əliyeva bildirib ki, kitab 4–6 yaşlı uşaqlar üçün hazırlanıb və 8 bölmədən ibarətdir. Mövzular balacaların qavramasına uyğun olaraq şəkillər üzərində qurulub, öyrənmə prosesi isə mümkün qədər əyləncəli formada təqdim olunub.

Kitabın əsas yeniliklərindən biri olan “dinləyək və öyrənək” rubrikası vasitəsilə Azərbaycan şairlərinin şeirləri QR kod üzərindən səsli şəkildə təqdim edilir. Nəşrdə uşaqların gündəlik ünsiyyət bacarıqlarını inkişaf etdirəcək əsas söz və ifadələr də yer alıb.

Kitabın redaktoru professor Sevinc Əliyeva qeyd edib ki, üç illik zəhmətin nəticəsi olan bu nəşr həm dil sevgisinin formalaşmasına, həm də milli-mənəvi dəyərlərə bağlılığın artırılmasına xidmət edir.

Tədbirdə çıxış edən ziyalılar və alimlər Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq, bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Onların sözlərinə görə, kitab həm ölkədə, həm də xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün mühüm tədris vəsaitinə çevriləcək.

Təqdimat zamanı kitaba daxil edilən şeirlərdən nümunələr QR kod vasitəsilə səsləndirilib və tədbirin bədii hissəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ulusum.az / R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 10:00
Blinçik Resepti
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
