Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamı olan yeni tamaşa qeyri-adi süjeti və dramatik xətti ilə tamaşaçıların böyük marağına səbəb olub.
Bəstəkar Cavanşir Quliyev əsərdə fərqli yanaşma tətbiq edildiyini və süjetin gözlənilməz sonluqla tamamlandığını bildirib. Əsgər obrazını canlandıran Səmədzadə Xasiyev əsərin tarixi hadisələri və nakam sevgi hekayəsini yüksək emosional tonla təqdim edib.
Telli obrazının ifaçısı Elnarə Nağdəliyeva qəhrəmanın sadiqliyini və daxili gücünü səhnədə uğurla nümayiş etdirib.
Tamaşa geniş yaradıcı heyətin iştirakı ilə hazırlanıb və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün siyasi-mənəvi çalarlarını tamaşaçılara təsirli şəkildə çatdırıb.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
