Bu gün, 10:08 0 Cəmiyyət / Gündəm

SPACE TV – Abşeronda I qrup əlilin yol problemi efirdə səsləndi

SPACE TV – Abşeronda I qrup əlilin yol problemi efirdə səsləndi

SPACE TV-də Səbinə Bəkir qızının təqdim etdiyi verilişdə Abşeron rayonu Atıyalı kəndindən gələn şikayət efirə çıxarıldı



Müraciət edən: Əhmədov Pərvin (I qrup əlil)

Videoda izləyici bildirib:

“Bu yolla hərəkət edə bilmirəm, hörmətli xanım. Maşın arabası ilə dəfələrlə qəzaya düşmüşəm. Mən çox şey istəmirəm — sadəcə yolu təmir etsinlər ki, rahat hərəkət edim.”

📍 Məkan

Abşeron rayonu, Atıyalı kəndi , Şəhid Xalid Məcidov küçəsi

Sakinin sözlərinə görə, küçə asfalt olmadığı üçün:, arabayla hərəkət çətin və təhlükəlidir, çalalar qəzaya səbəb olur, gündəlik gediş-gəliş mümkün olmur.

SPACE TV məsələni aidiyyəti qurumlara yönləndirib və nəzarətdə saxlayır.

Ulusm.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.