Bu gün, 09:30 0 Cəmiyyət / Gündəm

Türkiyənin C-130 hərbi təyyarəsi qəzaya uğradı

Türkiyənin C-130 hərbi təyyarəsi qəzaya uğradı
Türkiyənin C-130 hərbi təyyarəsi qəzaya uğradı – Ən çox istifadə olunan modelin faciə statistikasıAzərbaycandan qayıdarkən Gürcüstan üzərində radarlardan itən Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi qəzaya uğrayıb

Gürcüstan Hava Naviqasiya Xidmətinin məlumatına görə, təyyarə heç bir siqnal vermədən yoxa çıxıb



Türkiyənin C-130 hərbi təyyarəsi qəzaya uğradı


ABŞ-ın “Lockheed Martin” şirkətinə məxsus C-130 modeli dörd turbovintli mühərriklə təchiz olunub və hərbi yük, əsgər daşımaq, təxliyə əməliyyatları üçün nəzərdə tutulub. Hazırlıqsız zolaqlarda da eniş-qalxış edə bilir.

1954-cü ildən istehsalda olan bu təyyarə 60-dan çox ölkədə, o cümlədən Türkiyədə aktiv istifadə olunur. Yeni nəsil C-130J modeli daha az heyət və xərc tələb edir.



Ulusum.az xəbər verir ki, fərqli mənbələrə görə, C-130 təyyarələri 400-dən çox qəza ilə əlaqələndirilir və bu qəzalar nəticəsində 3466 nəfər həlak olub. Əsas səbəblər kimi texniki nasazlıqlar, pis hava, yüklənmə və riskli bölgələrdə uçuşlar göstərilir.

R.İkramlı


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.