Gəncədə Mustafa Kamal Atatürk anıldı
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkün vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar bu ölkənin Gəncədəki Baş Konsulluğunun “Nuri Paşa” zalında anım mərasimi keçirilib
Tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, yerli ziyalılar, rəsmilər və Gəncədə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Ulusum.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, baş konsul Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk dünyası, xüsusilə də Türkiyə xalqı qarşısında göstərdiyi tarixi xidmətlərdən danışıb. O, Atatürkün hərbi liderliyi, dövlət quruculuğu və maarifçilik fəaliyyəti ilə türklərin müasir tarixində silinməz iz qoyduğunu vurğulayıb.
Mərasimdə Atatürkün həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.
Xatırladaq ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Hərbi təhsili dövründə riyaziyyat müəllimi tərəfindən ona "Kamal" adı verilib.
O, 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda — Dolmabahçe Sarayında vəfat edib.
Anım mərasimi Atatürkə olan dərin hörmət və minnətdarlığın bir göstəricisi kimi dəyərləndirilib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
