Sabiq Məmurun Vəkilindən Mehdiyevlə Bağlı Yazılara Reaksiya – Şaiq Mirzəyev Açıqlama Verdi
Ötən gün bir sıra media resurslarında SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun guya Balakən icra başçısının “qudası” olması, Almaniyada onlarla mənzilə sahib çıxması, milyardlarla vəsaitə malik olması və Ramiz Mehdiyevlə əlaqələri barədə məlumatlar yayılıb. Həmin məlumatda Mikayıl İsmayılovun Ramiz Mehdiyevlə xüsusi əlaqələrinin də olduğu qeyd edilib.
Ulusum.az xəbər verir ki, manşet.az məsələ ilə bağlı Mikayıl İsmayılovun vəkili Şaiq Mirzəyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu məlumatların yalan olduğunu deyib: “Son günlər mətbuatda Mikayıl İsmayılov barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil.
Onun Balakən icra başçısının "qudası" olması, Almaniyada onlarla mənzilə sahib çıxması və milyardlarla vəsaitə malik olması həqiqətə uyğun deyil. Mikayıl İsmayılovun Ramiz Mehdiyevlə heç bir xüsusi əlaqəsi olmayıb.
Bunun hüquqi, faktoloji və sənədli əsası yoxdur. Məlumatlar Mikayıl müəllimin reputasiyasına zərbə vurmaq məqsədilə yayılmış dezinformasiyadır.
Bir daha bildiririk ki, qeyd edilən ittihamların heç biri reallığa uyğun deyil və hazırda bu məlumatları yayan media subyektləri barədə hüquqi prosedurların başlanması nəzərdən keçirilir.
Jurnalistlər yaydıqları məlumatların məsuliyyətini dərk etməli, onları araşdırmalı və rəsmi mənbələrə istinad etməlidirlər".

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 18:55
Metabolizmi sürətləndirməyin iki effektiv YOLU
Sağlamlıq
Bu gün, 12:00
Sirkəli su göbələyi yox edir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO