Müstəqillik — sadəcə dövlətin azadlığı deyil
[h2]Müstəqillik[/h2
Bu, hər bir fərdin, vətəndaşın öz daxilindəki azadlığı, özünə inamı, özünü tanımasıdır.
Ümummilli lider Heydər Əliyevin Müstəqillik Gününü elan etdiyi anın dərin mənası da məhz bu idi:
Bir fərd özünü tanımadan, dövlətini tanıya bilməz.
Nəyə, kimə xidmət etdiyini dərk etməyən insan müstəqil ola bilməz.
Bu fikir sadə səslənsə də, həyatın özü sözün sehrindən, sözün qüdrətindən ibarətdir.
O gün deyilən “müstəqillik” kəlməsi sadəcə siyasi bəyanat deyildi — o, inamın, dirçəlişin, bir millətin ruhunun dirilməsi idi.
Heydər Əliyevin bu sözə olan sarsılmaz inamı xalqda da inam oyatdı.
İnsanlar əvvəlcə öz şəxsi müstəqilliklərinə, sonra isə qurduqları dövlətin müstəqilliyinə inandılar.
Bu gün — 18 oktyabr Müstəqillik Günü, xalqda həmin inamı, o ruhu yenidən oyadır.
Lakin xalqın bir yaralı yeri vardı — Qarabağ.
İllər sonra müstəqil insanların, müstəqil dövlətin və Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu torpaqlar azad edildi.
O gün müstəqilliyimiz tamamlandı, xalq öz yarasını özü sardı.
Müstəqillik Günümüz mübarək olsun!
Bu dünyada ən böyük xoşbəxtlik — müstəqil dövlətdə, müstəqil vətəndaş kimi yaşamaqdır.
Fuad Əliyev
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
