Qızına təcavüz edən çobana AĞIR CƏZA
Gəncə Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Qədim Namazlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ulusum.аz.xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ilin fevral-mart aylarında Samux rayonu ərazisində yerləşən fermaların birində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Qədim Namazlı 2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan qızının birlikdə yaşadıqları fermadakı fərdi yaşayış evinin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifadə edib.
O, doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Bu hadisə iki dəfə baş verib.
Qeyd edək ki, Qədim Namzalı ailəsi ilə birlikdə fermada qalaraq çoban işləyirmış.
O, məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, həyat yoldaşı ona şər atıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
