Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub
Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Sonuncu tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin
avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən
saxlanılaraq tibbi müayinəyə aparılıb.
Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.
Ulusm.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
