Oqtay Rzanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib
Salyan rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsi, Salyan rayon Mərkəzi Kitabxana və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Əməkdar müəllim, görkəmli şair, alim, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rzanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri Nəbi İbrahimov tədbiri giriş sözü ilə açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib. O, şairin 70 illik ədəbi yaradıcılıqla məşğul olduğunu, 20-dən çox kitabının çap edildiyini və müxtəlif əsərlərinin xarici dillərə tərcümə olunduğunu bildirib.
Tədbirdə Kərimbəyli kənd tam orta məktəbinin azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Zeynalov, Salyan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, “Birlik” jurnalının baş redaktoru, şair İlqar İlkin, şair Zabil Pərviz, Firdovsi Sarvanlı, Əzizağa Məmmədli rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva və təqaüddə olan mədəniyyət işçisi Lətif Zərbəliyev çıxış ediblər. Bildirilib ki, şairin əsas qayəsi Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.
Daha sonra Kitabxananın bədii qiraətçiləri şeirlər, Mədəniyyət Mərkəzinin solistləri isə şairin şeirlərinə bəstələnən mahnılar ifa ediblər.
Sonda şair Oqtay Rzanın bacısı Səfurə Rzayeva ailə üzvləri adından çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib və bu tədbiri Azərbaycan poeziyasına verilən qiymət kimi dəyərləndirib.

Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO