Şəhid ailələri və müharibə əlillərinə 100 yeni mənzil verildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən 100 mənzil təqdim edib.

4 saylı DOST Mərkəzində keçirilən tədbirdə nazir müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin xüsusi qayğısından danışaraq, sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra mənzillə təminat proqramı 5 dəfə genişlənib və postmüharibə dövründə 6 min 900 şəhid ailəsi və əlilə mənzil alıb.

Ümumilikdə isə 16 minə yaxın mənzil və fərdi ev təqdim olunub. Şəhid ailələri və əlillər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!