Gəncədə yeniyetmələr zibil qutularını yandırırlar VİDEO
Gəncədə yeniyetmələrin məsuliyyətsiz hərəkəti nəticəsində yanğın baş verib.
Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki hadisə Şah İsmayıl Xətai prospektində yerləşən “Bazarstore” marketlər şəbəkəsinin filialının arxa tərəfində, 334C ünvanında qeydə alınıb.
Məlumata əsasən, bir neçə yeniyetmə yaşayış binalarının həyətindəki zibil qutularına atılan tullantıları yandırıblar.
Nəticədə yanğının daha da böyüməsi təhlükəsi yaranıb. Hadisə yerində sakinlər və binaların xidməti personalı operativ şəkildə müdaxilə edərək alovu söndürməyə nail olublar.
Sakinlərin sözlərinə görə, həmin ünvanda bu kimi hallara tez-tez rast gəlinir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların ciddi tədbir görməsini xahiş edirlər.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
