Gəncənin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Ulusum.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, mövcud marşrut xətlərində optimallaşdırma aparılıb, yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün alınıb.
Məlumatda bildirilir ki, əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir.
Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını "CityCard" nağdsız ödəniş sistemi, NFC texnologiyasından istifadə edərək istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri olan "Google Pay" və "Apple Pay" vasitəsilə ödəmək mümkündür.
Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması da var.
Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423 sürücü təlim və imtahan prosesini uğurla bitirib. Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarə olunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verən yeni avtobus deposu kompleksi istifadəyə verilib.
Kompleksdə ümumilikdə 300 avtobusa xidmət göstərməyə şərait mövcuddur. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənəcək. Sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıra layihələr həyata keçirilib.
Bunlardan biri də Dəmiryolu vağzalının qarşısında nəqliyyat qovşağı layihəsi - Nəqliyyat Mübadilə Məntəqəsidir. Burada dəmiryolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərin minib-düşməsi üçün ərazilər nəzərdə tutulub.
Müasir tipli avtobus dayanacaqları və pavilyonlar quraşdırılıb. Ümumilikdə qovşağa 6 marşrut xətti daxil olacaq və onlardan 2-nin son dayanacağı burada yerləşəcək. Samux istiqamətində hərəkət edən avtobusların da qovşağa gəlməsi nəzərdə tutulub.
R.D
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
Dünən, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
Dünən, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
