Azərbaycan “Rəng” Xəbərdarlıq Sisteminə keçir - FOTO EKSKLÜZİV
Ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtib edilməsi ilə bağlı daha bir yenilik “Rəng” Xəbərdarlıq Sistemi”nə keçidlə bağlıdır.
Bunu Ulusum.az saytına açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Bu zaman xəbərdarlıqlar müxtəlif kontingentlər üçün daha anlaşılan forma olan rəng şkalasında əhaliyə təqdim olunacaq ki, bu da əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir.
Sarı Xəbərdarlıq - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “Orta risk” deməkdir. Yəni, bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin göstəricisidir. Kiçik xəsarətlər üçün bəzi potensialtəhlükələrin olduğunu göstərir. Gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir.
NARINCI XƏBƏRDARLIQ- ictimai təhlükəsizliyə ,yaşayış sahələrinə və əmlaka “YÜKSƏK RİSK” deməkdir.
Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və təlafatlar ola bilər.
QIRMIZI XƏBƏRDARLIQ- ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ”ÇOX YÜKSƏK VƏ EKSTREMAL RİSK” deməkdir.Təhlükəli meteoroloji şərait qaçılmazdır. Fövqaladə dərəcədə intensiv meteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsi və əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çox yüksəkdir.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?