Ərdoğan-Tramp Görüşü: Ticarət, Müdafiə və Regional Münaqişələr Müzakirə Edildi
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdə F-35, F-16, Halkbank və Heybeliada Ruhani Məktəbi ilə bağlı məsələlərin hərtərəfli müzakirə ediləcəyinə inandığını bildirib.
O, bölgədəki çətinliklərin birgə əməkdaşlıqla aradan qaldırıla biləcəyini vurğulayıb. Tramp Ərdoğanı “çox hörmətli və sərt lider” adlandıraraq, CAATSA sanksiyalarının ləğvinin mümkün olduğunu qeyd edib. Liderlər ticarət və hərbi əməkdaşlıq sahələrində irəliləyişə ümid etdiklərini açıqlayıblar.
Tramp Qəzza danışıqlarında irəliləyiş olduğunu, girovların azadlığı üçün bu gün konkret addım atıla biləcəyini bildirib. O, Ərdoğanın neytral mövqeyini yüksək qiymətləndirərək, onun Putini yaxşı tanıdığını vurğulayıb və Suriya məsələsində “Ərdoğan Suriyanı xilas etdi” sözləri ilə Türkiyə liderinin rolunu önə çəkib.
Görüş 2 saat 15 dəqiqə davam edib və Tramp protokol qaydalarını pozaraq Ərdoğan və nümayəndə heyətini şəxsən yola salıb.
R.Daşdəmirova
ULUSUM.AZ
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
