Fitnes zallarının qiyməti "ƏL YANDIRIR" - EKSKLÜZİV
İdman və düzgün qidalanmanı prioritet sayan və zərərli vərdişlərdən imtina edən müasir insanların çoxu üçün fəal sağlam həyat tərzi böyük əhəmiyyət kəsb edir.
İdmanın təkcə sağlamlığa deyil, insanın xarakterinə də müsbət təsir etdiyi heç kimdə şübhə doğurmur. Lakin bütün bunları həyata keçirmək üçün maliyyə və seçdiyimiz idman fitnesdirsə onun zalı lazımdır.
Şəhərin mərkəzində fitnes zallarının qiyməti neçəyədir?
Bu qiymətlər insanları qane edirmi?
Bununla bağlı ULUSUM.az saytı araşdırma edib. Hazırda şəhərin mərkəzində fitnes zallarının aylıq qiyməti 120 manatdan 1300 manata qədər dəyişir. VİP xidmətlər üçün daha baha qiymətə təkliflər də var.
Ən ucuz zallar "Nərımanov", "Elmlər" metrostansiyalarının yaxınlığında 120 manata tapmaq mümkündür. Təbii ki, bu qiymətə normal şəraiti olan zalları nəzərdə tuturuq.
Lakin qadınları da nəzərə almalıyıq, çünki onlar da idmanın müsbət tərəflərini nəzərə alaraq fitneslə məşğul olmaq istəyirlər. Ona görə xanımlar üçün şəhərin mərkəzi həm pristij baxımından, həm də digər mental və kultural dəyərlər baxımından uyğundur.
Amma fitnes biznesi ilə məşğul olan şəxslər də tələbatı görüb, əsas da gəlirin yüksək səviyyədə olduğunu anlayaraq qiymətləri aşağı salmırlar.
Məsələnin başqa tərəfi təklif olunan qiymətlər fərdi deyil, fərdi məşğul olmaq istəyənlər üçün göstərilən məbləğin üzərinə azı 50 faiz də əlavə olunur. Yəni, zalın minimum qiymət 120 manatdırsa, fərdi şəkildə 240 manat ola bilir.
Məsələ ilə bağlı fitnes üzrə məşqçi Samir Əliyev saytımıza "uçan" qiymətləri belə izah etdi:
“Hazırda fitnes dünyada ən çox populyar olan idman növüdür. Yaşından və cinsindən asılı olmayaraq hər kəsin bu idman növü ilə məşğul olması günümüzün reallıqlarına görə vacibdir. Qiymətlərin baha olmasının əsas səbəbi yüksək tələbatla bağlıdır. Bundan başqa, fitnes zalı şəhərin mərkəzində yerləşirsə təbii ki, icarə haqqının yüksək olması qiymətə bilavasitə təsir edir. Lakin biz bu idman növünün xeyrindən çox qiymətinə önəm veririk. Əslində çox möhtəşəm idman növüdür. Onu da qeyd edim ki, qiymətlər digər ölkələrlə müqayisədə eynidir”.
Əvvəllər idman dedikdə parklarda yürüş etmək, təbiət qoynunda qaçışla sağlamlığın təmənnasız təminatçısı nəzərdə tutulurdu. İndi isə bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirlik özünü qabarıq göstərir.. Artıq idmanımız da bahalaşıb.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?