Paşinyan düşmənçilik siyasətini SONLANDIRMALIDIR, çünki... - EKSKLÜZİV
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh və ya çərçivə sazişinin noyabra qədər imzalanması mümkünlüyünü səsləndirməklə həmin ayda Bakıda iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransda iştirakına işarə edib. Bu mümkündür.
Ulusum.az saytı xəbər verir ki, bu sözləri politoloq Exlan Şahinoğlu Paşinyanın son bəyanatını təhlil edərkən bildirib.
Onun sözlərinə görə, noyabra qədər saziş imzalanarsa bu, Bakıdakı tədbirin əhəmiyyətini artıracaq. Ancaq buna qədər Nikol Paşinyan erməni radikalları və kilsə ilə mübarizəsini davam etdirməli və özünün bugünkü mətbuat konfransında dediyi kimi, ölkəsinin Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini sona çatdırmalıdır.
"Aydındır ki, Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, daşnaklar, Qarabağ klanının üzvləri, separatçılar və keşişlər Azərbaycana və türk dünyasına qarşı düşməçilikdən əl çəkməyəcəklər. Önəmli olan erməni cəmiyyətinin əksər hissəsinin Nikol Paşinyanın siyasətini dəstəyi davam etdirməsidir. Sülhdən sonra Ermənistanın Azərbaycanın və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qatılması bu ölkəni anti-türk mərkəzlərdən daha da uzaqlaşmasına şərait yaradacaq. Bunu Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı adlandırmaq mümkün olacaq. Bizə də elə bu lazımdır".
Qeyd edək ki, bu gün Azərbaycan regionda iqtisadi, siyasi, mədəni baxımdan əsas gücə malik müstəqil və qalib dövlətdir. Azərbaycanla sülh şəraitində yaşamaq Ermənistanın bir çox önəmli layihələrdə iştirakı, ümumilikdə bu ölkənin inkişafı deməkdir.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi