“Bakı Marafonu 2024”ə START VERİLDİ - FOTO
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2024" təşkil edilib.
Ulusum.az xəbər verir ki, Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulub. Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır. Hər il olduğu kimi, bu il də Bakı marafonunun fəxri iştirakçıları olub. Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışır.
2016-cı ildən 21 km məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da yarışa olan marağın göstəricisidir. Builki marafonda da xüsusi qayğıya ehtiyacı olan şəxslər iştirak edir.
Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib, yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu "fan zona" - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilir.
Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
22-04-2024, 16:12
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək. ULUSUM.az xəbər verir ki, həmin gün
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi