Şəhid lövhəsinin qarşısı niyə ZİBİLLİDİR? -EKSKLÜZİV
İnsan evi kimi küçəsini, küçəsi kimi şəhərini də təmiz saxlamalıdır. Əslində, bu deyilməməlidir, hər kəs daxilində belə bir "vəzifə" daşıdığını dərk etməlidir. Amma təəssüf ki, hər kəs bunu dərk etmir. Hər gün səhər tezdən işə tələsən insanlar təmiz küçə ilə getmək istəyirlər. Lakin təəssüf ki, bəzi sakinlər hətta özlərinin yaşadığı küçədəki vəziyyətdən belə narahatlıq keçirmirlər.
ULUSUM.az saytının əməkdaşının Bakı küçələrindən birində rastlaşdığı mənzərə daha acınacaqlıdır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində şəhid Yusif İmanovun adının verildiyi küçə... Üstəlik şəhidin xatirəsinə həkk olunmuş xatirə lövhəsinin qarşısı zibil poliqonunu xatırladır.
Budur şəhidə qoyulan hörmət? Şəhidin ruhuna ehtiramı bu cür sərgiləyirlər?
Vəziyyət onu göstərir ki, küçəni zibilləyənlər nəinki özlərinə, yaxınlarına heç Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizə belə hörmət etmirlər.
Qeyd edək ki, ərazidən təxminən 100 metr aralıda zibil qutusu var.
Unutmayaq ki, bu gün dinc şəraitdə evimizdə otura biliriksə, işə rahat gedib-gələ biliriksə, bu hörmətinizi əsirgədiyiniz igid oğulların sayəsindədir... Onlara hörmət etmək ən azından vətəndaşlıq borcumuzdur..
Problemin tezliklə aradan qaldırılması ümidi ilə...
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi